Azərbaycanda ötən il dövlət qurumlarının informasiya sistemində 695 təhlükəsizlik boşluğu aşkarlanıb

Azərbaycanda ötən il dövlət qurumlarının informasiya sistemində 695 təhlükəsizlik boşluğu aşkarlanıb

2023-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ildə dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilib.

Hesabat dövründə “Rəqəmsal Sənəd Dövriyyəsi” alt sistemi, eyni zamanda sistemə qoşulacaq dövlət qurumlarında istifadə ediləcək 22 elektron sənəd dövriyyəsi sisteminin də auditi aparılmış, aşkar edilmiş informasiya təhlükəsizliyi boşluqları və nöqsanları aradan qaldırılması üçün hər bir sistemin sahibinə təqdim edilib.