Sudanda baş verən toqquşmalarda azı 26 nəfər ölüb

Sudanda baş verən toqquşmalarda azı 26 nəfər ölüb

Cənubi Sudanda yerli qruplaşmalar arasında baş verən toqquşmalar nəticəsində azı 26 nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Bazar ertəsi silahlı gənclərin polis bölməsinə və bazara hücumu zamanı toqquşmalar baş verib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Cənubi Sudanda qruplar arasında son vaxtlar baş verən toqquşmalar torpaq və təbii sərvətlərə dair mübahisələrlə bağlıdır.