Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək

Yanvarın 26-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Birxeber.Az" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-437-72-17 və 077-299-31-59) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.