Hakan Fidan sabah Liviyaya səfər edəcək

Hakan Fidan sabah Liviyaya səfər edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Liviyaya səfər edəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar zamanı ikitərəfli münasibətlərin, Liviya və regionda baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.