Paşinyan ABŞ səfiri ilə regiondakı vəziyyəti müzakirə edib

Paşinyan ABŞ səfiri ilə regiondakı vəziyyəti müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın bu ölkədəki səfiri Kristina Kvieni qəbul edib.

Birxeber.Az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan-ABŞ əməkdaşlığını müzakirə ediblər.

"Baş nazir qeyd edib ki, Ermənistan hökuməti ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesində səylərini və regionda sabitliyin bərqərar olunmasına yönəlmiş addımlarını yüksək qiymətləndirir", məlumatda qeyd olunub.

Tərəflər, həmçinin Cənubi Qafqazda vəziyyət, regional infrastrukturların blokdan çıxarılması imkanları, Ermənistan hökumətinin "Sülh kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparıblar.