İstanbulda məhkəmə binasına silahlı hücum zamanı ölənlərin sayı artıb - VİDEO - YENİLƏNİB

İstanbulda məhkəmə binasına silahlı hücum zamanı ölənlərin sayı artıb - VİDEO - YENİLƏNİB

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda rəsmi mərasimdə çıxışı zamanı bildirib.

Ərdoğan, ölkəsinin terrorun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.

***

13:17

İstanbulda məhkəmə binasında silahlı insident olub.

APA NTV-yə istinadən xəbər verir ki, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.

O, öldürülən silahlı şəxslərdən birinin qadın, birinin kişi olduğunu söyləyib.