Azərbaycan sənaye zonalarında 56 sahibkarlıq subyektinə rezidentlik verib

Azərbaycan sənaye zonalarında 56 sahibkarlıq subyektinə rezidentlik verib

Son 3 ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya dəyəri 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1 336 daimi iş yeri yaradılıb.

“Birxeber.Az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Agentliyin yaradılmasının 3 illiyi münasibəti ilə “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7 %-i (yəni 3 milyard manat) ixracın payına düşüb.