Tovuzda TIR aşıb, yanğın olub - FOTO

Tovuzda TIR aşıb, yanğın olub - FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda, rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Bakı istiqmətində hərəkətdə olan, Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq dərəyə aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib. Məlumata görə, sürücü yüngül xəsarət alıb.

TIR-ın Rusiyaya yanacaq (mazut) apardığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.