Hakan Fidan sabah Liviyaya gedəcək

Hakan Fidan sabah Liviyaya gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 7-də Liviyaya gedəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

O, Liviyada bir sıra görüşlər keçirəcək.

H. Fidanın Liviya rəsmiləri ilə ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.