MSK sədri: Azad olunmuş ərazilərdə səs vermək istəyənlər çox idi

MSK sədri: Azad olunmuş ərazilərdə səs vermək istəyənlər çox idi

“Bizə nə qədər rəsmi müraciətlər var ki, azad olunmuş ərazilərdə səs vermək üçün şərait yaradılsın”.

Birxeber.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, azad olunmuş ərazilərdə səs vermək üçün qeydiyyatdan çıxma vəsiqəsi almaq istəyənlərin sayı çox idi: “Amma təəssüf ki, o ərazilər 30 ildir minalarla çirklənib. Amma Azərbaycan o əraziləri bərpa edir, minadan təmizləyir. Artıq Laçına, Zəngilana, Füzuliyə köç olub. O ərazilərdə müşahidə aparanlar da təsdiqləyər ki, bizim oradakı məntəqələr digər bölgələrdə olanlardan daha yaxşıdır”.