Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb - FOTO

Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb - FOTO

Heydər Əliyev prospekti, əsas yolda yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Xəbərə görə, qəza səbəbindən həm mərkəz, həm də metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb. Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.