Von der Leyen: Ukraynanın müdafiə sənayesinin Avropaya inteqrasiyası üçün addımlar atmalıyıq

Von der Leyen: Ukraynanın müdafiə sənayesinin Avropaya inteqrasiyası üçün addımlar atmalıyıq

"Ukraynanın müdafiə sənayesinin Avropaya inteqrasiyası üçün Avropa İttifaqı əməli addımlar atmalıdır".

APA xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin sessiyasında Ukrayna ilə bağlı müzakirələr zamanı deyib.

"Biz təkcə Ukraynaya döyüş sursatlarının çatdırılmasını sürətləndirməməliyik. Gələcəyə baxaraq Ukraynanın müdafiə qabiliyyətini bizim müdafiə qabiliyyətimizin, Ukrayna müdafiə sənayesini öz müdafiə sənayemizin bir hissəsi kimi düşünməliyik. Biz Ukraynanı Müdafiə Sənayesi Strategiyamızın hazırlanmasına cəlb etmişik. Konvergensiyanı və birgə planlaşdırmanı təşviq etməliyik", - Avropa Komissiyasının Prezidenti vurğulayıb.