Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıda "Türk şəhidliyi"ni ziyarət edib

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıda "Türk şəhidliyi"ni ziyarət edib

106 il əvvəl Nuri Paşanın rəhbərliyi Türkiyə ordusunun Azərbaycana gəlişi və yazılan qəhrəmanlıq dastanı iki dövlət arasında qardaşlıq əlaqələrini əbədiləşdirdi.

“Report” xəbər verir ki, bu barədə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycana gələn Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım Bakıda "Türk şəhidliyi"ni ziyarət edərkən deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əbədi olacaq: “Azərbaycan və Türkiyənin bütün şəhidlərinə Allah rəhmət eləsin”.

Ş.Ayrım xatırladıb ki, Türkiyənin ikinci ən böyük şəhidliyi Azərbaycandadır: “Bu gün şəhidlərimizi yad etdik”.