Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflərin müzakirə edəcəyi bir çox mövzu var: “Eyni zamanda Cənubi Qafqazla bağlı iki ölkə arasında koordinasiya da vacibdir”.

“Vladimir Putinin səfəri zamanı bir çox regional və ikitərəfli məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunacaq”, - nazir söyləyib.

Qeyd edək ki, V.Putin fevralın 12-də Türkiyəyə səfər edəcək. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.