"Neftçi" braziliyalı hücumçunu heyətinə qatıb

"Neftçi" braziliyalı hücumçunu heyətinə qatıb
Braziliyanın "İnternasional" klubundan ayrılan futbolçu Gilyerme Pato karyerasını Azərbaycanda davam etdirəcək.
birxeber.az Porto Aleqre təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu "Neftçi" ilə anlaşıb.
Braziliyalı forvardın müqaviləsinin detalları barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, "İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.