MSK sədri: Seçkilərin şəffaflığı baxımından problemimiz olmayacaq

MSK sədri: Seçkilərin şəffaflığı baxımından problemimiz olmayacaq

Seçkilərin şəffaflığı baxımından bizim heç bir problemimiz olmayacaq.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sabah saat 07:30-dan bütün proseslər başa çatana qədər veb-kameralar işləyəcək. Veb-kameralar vasitəsilə 1000 məntəqədə MSK saytından da müşahidə aparmaq olar. Dünyanın istənilən nöqtəsindən bunu etmək imkanı yaradılıb. Bütün addımlar atılıb ki, şəffaflıq baxımından bütün imkanlardan istifadə edilsin. Veb-kamera təcrübəsi Azərbaycana aiddir.