Məzahir Pənahov: Hətta görmə qabiliyyəti olmayanlar üçün də səsverməyə şərait yaratmışıq

Məzahir Pənahov: Hətta  görmə qabiliyyəti olmayanlar üçün də səsverməyə şərait yaratmışıq

Bülletendə 7 namizəd var.

Birxeber.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, təşviqat kampaniyası başa çatıb, bu gün “sükut günü”dür: “Məntəqələrimizdə bütün şərait yaradılıb. Hətta biz görmə qabiliyyəti olmayan insanlar üçün də səsverməyə şərait yaratmışıq. İkinci, əlillik arabasından istifadə edən şəxslər üçün 2000-dən çox məntəqədə şərait yaradılıb. Müşahidəçilər üçün də məntəqələrdə bütün şərait yaradılıb. Onlar məntəqə daxilində baş verən bütün prosesləri əvvəldən sona qədər izləyə biləcək. Səsvermə kabinələrinə ancaq bülleteni əlində olan seçici daxil ola bilər. Onun qutuya bülleteni atmağını hamı görməlidir. Buna diqqət edilməlidir.