İrlandiyanın sabiq Baş naziri vəfat edib

İrlandiyanın sabiq Baş naziri vəfat edib

İrlandiyanın sabiq Baş naziri Con Bruton vəfat edib.

APA "Irish Independent"ə istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 76 yaşında Dublində xəstəxanada vəfat edib.

Bruton 1994-cü ildən 1997-ci ilə qədər İrlandiyanın Baş naziri olub. O, həmçinin müxtəlif illərdə maliyyə naziri, sənaye, ticarət və turizm naziri olub, Avropa İttifaqının ABŞ-dakı səfiri vəzifəsində çalışıb.