MSK: Namizədlərə təşviqat üçün şərait yaratmışıq

MSK: Namizədlərə təşviqat üçün şərait yaratmışıq

Beynəlxalq qurumlarla əməkdaşlıq edirik. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuyla əməkdaşlığımız konstitusion prinsiplər əsasında davam edir.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, biz üstümüzə düşənləri çox yüksək səviyyədə həyata keçirmişik: “Çalışmışıq ki, əlimizdən gələni edək. Namizədlərin təşviqat aparması üçün də şərait yaradılıb. Tarixdə bəlkə də ilk seçkidir ki, namizədlər harada görüş keçirmək istəyib, hamısına şərait yaratmışıq. Biz MSK saytında 280 ünvan qoysaq da, sonradan bu rəqəm 1000-ə keçdi. Bütün namizədlərə təşviqat üçün şərait yaratmışıq. Televiziyada dəyirmi masa təşkil olundu. Bu baxımdan da heç bir problem olmadı.