Prezident seçkilərində xaricdə səs verəcək seçicilərin sayı açıqlanıb

Prezident seçkilərində xaricdə səs verəcək seçicilərin sayı açıqlanıb

Azərbaycan hüdudlarından kənarda olan seçicilər də səsvermə hüququna malikdir.

Birxeber.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 37 ölkədə 49 məntəqələrimiz artıq səfirliklərdə, konsulluqlarda yaradılıb: “Bu məntəqələrdə 23 mindən artıq seçici artıq qeydə alınıb. Eyni zamanda Azərbaycanda səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi alma da tələb olunur.