Moskva məhkəməsi Aleksiy Arestoviçi qiyabi həbs edib

Moskva məhkəməsi Aleksiy Arestoviçi qiyabi həbs edib

Bu gün Moskva məhkəməsi Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksiy Arestoviçi qiyabi həbs edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Onun adının ekstremist və terrorçular siyahısına salındığı bildirilir.

Qeyd edək ki, A.Arestoviç 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.