Zurabişvili qarşıdan gələn seçkiləri Gürcüstan tarixi üçün həlledici mərhələ adlandırıb

Zurabişvili qarşıdan gələn seçkiləri Gürcüstan tarixi üçün həlledici mərhələ adlandırıb

Gürcüstan Prezidenti Salome Zurabişvili vətəndaşları, xüsusilə gəncləri və diaspor nümayəndələrini bu payızda keçiriləcək parlament seçkilərində mümkün qədər fəal olmağa çağırıb.

“Birxeber.Az” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə illik hesabatı ilə bağlı çıxışında bildirib.

Onun sözlərinə görə, bu, ölkə tarixində həlledici mərhələdir:

“Bunlar sadə seçkilər olmayacaq. İndi tariximizin həlledici mərhələsidir. Biz isə elə bir mərhələdəyik ki, gələcəyimizi seçkilər yolu ilə müəyyənləşdirməliyik: yeni idarəetmə modelinə, iqtisadiyyata, yəni yeni Avropa dövlətinə səs verməliyik”, - o qeyd edib.

S.Zurabişvili vurğulayıb ki, gürcü diasporunun bütün nümayəndələri, o cümlədən müxtəlif ölkələrdə qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşları seçkilərdə iştirak edə bilərlər.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.