Harri Keyn “Qızıl buts” uğrunda mübarizəyə liderlik edir - SİYAHI

Harri Keyn “Qızıl buts” uğrunda mübarizəyə liderlik edir - SİYAHI

Harri Keyn “Qızıl buts” uğrunda mübarizəyə liderlik edir.

“Report” xəbər verir ki, ingiltərəli futbolçu Almaniyanın “Bavariya” klubunun heyətində cari mövsüm Bundesliqada 24 qol vurub.

48 xalla yarışa başçılıq edən Keyni Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe izləyir.

“Qızıl buts” mükafatına namizədlər:

1. Harri Keyn (İngiltərə / “Bavariya”) - 48 xal (24 qol)

2. Kilian Mbappe (Fransa / PSJ) – 40 (20)

3. Lautaro Martines (Argentina / “İnter”) - 38 (19)

4. Akor Adams (Nigeriya / “Monpelye”) - 36,5 (22)

5. Amal Pelleqrino (Norveç / “Budyo-Qlimt”) - 36 (24)

6. Seru Qirassi (Qvineya / “Ştutqart”) - 34 (17)

7. Vangelis Pavlidis (Yunanıstan / “Alkmaar”) - 30 (20)

8. Santyaqo Ximenes (Meksika / “Feyenoord”) - 28,5 (19)

9-14. Erlinq Holann (Norveç / “Mançester Siti”) – 28 (14)

Cud Bellinqem (İngiltərə / “Real”) - 28 (14)

Məhəmməd Sallah (Misir / “Liverpul”) - 28 (14)

Lois Openda (Belçika / “Leyptsiq”) - 28 (14)

Artyom Dovbik (Ukrayna / “Jirona”) - 28 (14)

Borxa Mayoral (İspaniya / “Xetafe”) - 28 (14)