MSK sədri: "Bütün namizədlərə eyni şərait yaradılıb"

MSK sədri: "Bütün namizədlərə eyni şərait yaradılıb"

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bütün namizədlər üçün eyni şəraitin yaradıldığını deyib.

"Birxeber.Az"un məlumatına görə, MSK sədri bildirib ki, namizədlər harada görüş keçirmək istəyiblərsə, hər birinə şərait yaradılıb:

"Bütün müraciət edənlərdən bir tələbimiz olub ki, əgər bir namizədə şərait yaradılıbsa, bütün namizədlərə yaradılmalıdır. MSK olaraq bununla bağlı əlimizdən gələni etmişik. Bütün namizədlər də bu tələblərə riayət edib".