Məzahir Pənahov: "Heç kim məntəqə içərisindəki seçicini tələsdirmək hüququna malik deyil"

Məzahir Pənahov: "Heç kim məntəqə içərisindəki seçicini tələsdirmək hüququna malik deyil"

Səsvermə prosesi son seçici səsvermə hüququndan istifadə etdikdən sonra bitir. Heç kim məntəqə içərisindəki seçicini tələsdirmək hüququna malik deyil.

Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Səsvermə günü məntəqələrə gələ bilməyən seçicilərin siyahısı təmin olunub. Onlara səs verməsi üçün xüsusi müşayiətlə şərait yaradılacaq. Müşahidəçilər də bu prosesi müşahidə edəcək. Evdə səs verən seçiciyə heç kim təzyiq göstərə, seçimini soruşa bilməz.