Qazaxıstan parlamenti Oljas Bektenovun Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib - YENİLƏNİB

Qazaxıstan parlamenti Oljas Bektenovun Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib - YENİLƏNİB

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Amanat Partiyasının təklifi ilə Baş nazir vəzifəsinə Oljas Bektenovun namizədliyini qəbul edib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, Qazaxıstan parlamenti Oljas Bektenovun Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

***

10:35

Qazaxıstanın Baş naziri vəzifəsinə hakim Amanat Partiyası Oljas Bektenovun namizədliyini irəli sürüb.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, 44 yaşlı Oljas Bektenov indi Prezident Administrasiyasına rəhbərlik edir.

Əhməd Əkbərov