Oljas Bektenov Qazaxıstanın Baş naziri olub - YENİLƏNİB

Oljas Bektenov Qazaxıstanın Baş naziri olub - YENİLƏNİB

Qazaxıstanın yeni hökumətinə prezident administrasiyasının keçmiş rəhbəri Oljas Bektenov başçılıq edəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.

Bu gün hakim Amanat partiyası onun namizədliyini prezident Kasım-Jomart Tokayevə təqdim edib.

Dövlət başçısı Bektenovun namizədliyini parlamentin digər partiya fraksiyaları ilə müzakirə edib.

Plenar iclasdan sonra Prezident bununla bağlı sərəncam imzalayıb.

Bektenovun namizədliyinin lehinə 69 deputat səs verib, 7 deputat bitərəf qalıb.

13:04

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Baş naziri postuna Oljas Bektenovun namizədliyini irəli sürüb.

“Birxeber.Az” xəbər verir ki, o, hazırda Prezident Administrasiyasına rəhbərlik edir.

1980-ci ildə Almatıda anadan olan O.Bektenov Qazaxıstan Dövlət Hüquq Akademiyasını bitirib. Müxtəlif illərdə Prezident Administrasiyasında fərqli vəzifələrdə çalışıb.

Xatırladaq ki, Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.

Kasım-Jomart Tokayev fevralın 5-də hökuməti istefaya göndərib.