İlon Mask prezident seçkilərində Baydenə səs verməyəcək

İlon Mask prezident seçkilərində Baydenə səs verməyəcək

"SpaceX" şirkətinin qurucusu, iş adamı İlon Mask prezident seçkilərində Co Baydenə səs verməyəcəyini bildirib.

APA xəbər verir ki, İlon Mask hazırkı prezident Baydenə səs verməyəcəyini özünün “X” (keçmiş “Twitter”) hesabındakı paylaşımında bəyan edib.

2020-ci il seçkilərində Baydeni dəstəklədiyini etiraf edən Mask bu dəfə ona səs vermək niyyətində olmadığını qeyd edib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.