Blinken Misirə gedib

Blinken Misirə gedib

ABŞ dövlət katibi Entoni Blinken Misirə səfər edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində ABŞ-ın top diplomatı Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşərək Qəzzada fələstinlilərə humanitar yardımın çatdırılmasının asanlaşdırılması və bütün girovların azad edilməsinin təmin edilməsi səylərini müzakirə edəcək.

Qeyd edək ki, bu, Blinkenin İsrail və HAMAS arasında ötən ilin oktyabrında müharibənin başlamasından bəri beşinci səfəridir. Blinken fevralın 5-də Səudiyyə Ərəbistanında səfərdə olub.