Neft Fondunun "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

Neft Fondunun "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 45,389 mln. ABŞ dolları təşkil edib.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.02.2024 tarixinə) 15,748 mln. ABŞ dolları olub.