Bakıda qazanxanada partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Bakıda qazanxanada partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Bakının Yasamal rayonunda qazanxanada baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 03:58 radələrində Yasamal rayonu, İnşaatçılar pr. 11B ünvanında baş vermiş partlayış nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) Klinik Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Ona döş və belin küt travması diaqnozu qoyulub: “Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb”.