Yəmən sahillərində gəmi hücuma məruz qalıb

Yəmən sahillərində gəmi hücuma məruz qalıb

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmən yaxınlığında gəminin hücuma məruz qaldığını bildirib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə UKMTO "X" sosial şəbəkəsində yazıb.

"Yəmənin Hudeyda limanından 57 dəniz mili qərbdə insident barədə məlumat alınıb", - paylaşımda qeyd edilib.

Gəmiyə cüzi ziyan dəydiyi bildirilir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.