Rusiya Ukraynaya S-300 raketi ilə hücum edib, ölən və yaralananlar var

Rusiya Ukraynaya S-300 raketi ilə hücum edib, ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri bu gün səhər Ukraynanın Lvov vilayətinin Zoloçiv şəhərinə S-300 raketləri ilə hücum edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki aylıq körpə ölüb. Üç qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həmçinin, yeddi fərdi yaşayış evi, 19 mülki infrastruktur obyekti, iki inzibati bina və azı 5 mülki avtomobilə ziyan dəyib.