Yevlaxda avtomobillə kanala düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB

Yevlaxda avtomobillə kanala düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB

Yevlaxda itkin düşən şəxsin meyiti tapılıb.

Birxeber.Az-nın yerli müxbiri xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov fevralın 4-də gecə saatlarında özünəməxsus "VAZ-21014" markalı minik avtomobili ilə Yevlax rayonun Salahlı kəndi ərazisində qəza törədib.

Qəza zamanı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə 29 yaşlı şəxs həyatını itirib. Araşdırmalarla itkin düşən şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı Birxeber.Az-ya təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Emin Babayev

***

09:09

Yevlaxda 29 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.

Birxeber.Az xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov yanvarın 4-də avtomobili "VAZ 2107" ilə evdən çıxıb, naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırma aparılır.