Naxçıvanda vergi daxilolmaları 65 %-dən çox artıb

Naxçıvanda vergi daxilolmaları 65 %-dən çox artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 16,5 milyon manat vergi daxil olub.

“Report” xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 65,6 % və yaxud 6,5 milyon manat çoxdur.