Bakıda uşaq oğurlanıb

Bakıda uşaq oğurlanıb
Bakıda azyaşlı uşaq oğurlanıb.
birxeber.az-ın məlumatına görə, hadisə dekabrın 29-da Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən evlərdən birində 2019-cu il təvəllüdlü oğlan uşağının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Hazırda daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.