Ermənistan parlamentinin deputatları spikerin istefasını tələb edirlər

Ermənistan parlamentinin deputatları spikerin istefasını tələb edirlər

Ermənistanda hakim "Mülki Müqavilə" Partiyasından olan deputatlar baş nazir Nikol Paşinyandan parlament sədri Alen Simonyanı istefaya göndərməyi tələb edirlər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə yerli “Joxovurd” nəşri yazıb.

Bildirilib ki, parlament sədrinin qardaşının həyat yoldaşının korrupsiya ilə bağlı qalmaqalı deputatların səbrini tükəndirib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunur.

İstintaq iş üzrə ümumilikdə 7 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatət verib.