Premyer Liqa: "Səbail" "Zirə" ilə üz-üzə gələcək, Qəbələdə qərb derbisi olacaq

Premyer Liqa: "Səbail" "Zirə" ilə üz-üzə gələcək, Qəbələdə qərb derbisi olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək.

"Birxeber.Az" xəbər verir ki, ilk matç Bakıda reallaşacaq.

Paytaxt təmsilçilərinin duelində "Səbail" "Zirə"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Meydan sahibləri 26 xalla 5-ci, qonaqlar 29 xalla 3-cü pillədə qərarlaşıb.

Günün ikinci görüşü Qəbələ şəhər stadionunda gerçəkləşəcək. "Kəpəz" və "Turan Tovuz" komandaları qərb derbisində qarşılaşacaqlar. Bu matç isə saat 17:30-a təyin edilib. Gəncə təmsilçisi 14 xalla 9-cu, Tovuz klubu 22 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası

XIX tur

15:00. “Səbail” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“ASCO Arena”

17:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, ötən gün "Sabah" - "Neftçi" matçında qolsuz bərabərlik qeydə alınıb. Turun "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" oyunları yanvarın 23-də keçiriləcək.