Ötən ay Qəzzada 14 jurnalist həlak olub

Ötən ay Qəzzada 14 jurnalist həlak olub

Bu ilin yanvarında 14 jurnalist İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələrin qurbanı olub.

APA xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi Fələstin Jurnalistlər Birliyinin hesabatına istinadən məlumat yayıb.

Ötən ay ümumilikdə jurnalistlərə qarşı 135 qəsd qeydə alınıb. Eyni zamanda, 8 media işçisi yaşayış binalarının birbaşa atəşə tutulması nəticəsində, daha 4 nəfər isə redaksiya tapşırıqlarını yerinə yetirərkən həlak olub, hesabatda deyilir.

Hesabata əsasən, ümumilikdə oktyabrın 7-də münaqişə qızışmağa başlayandan bəri Qəzza zolağında 116 jurnalist həlak olub, bir neçəsinin isə taleyi naməlum qalıb.