İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb

Futbol üzrə İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb.

"Report" xəbər verir ki, başa çatan XXIII turda qapılara 45 qol vurulub.

Bu, çempionat tarixində ilk belə göstərici olub. Əvvəlki rekord 2020/2021 və 2022/2023 mövsümlərinə təsadüf edib. Həmin mövsümlərdə futbolçular bir turda ümumilikdə 44 qola imza atıblar.

Qeyd edək ki, "Liverpul" hazırda 51 xalla liderdir.