Qobuda 44 yaşlı kişi intihar edib

Qobuda 44 yaşlı kişi intihar edib

Abşeron rayonu, Qobu qəsəbəsində intihar hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, 1980-ci il təvəllüdlü Zeynalov Etibar Seyidhəsən oğlu sözügedən ərazidə yerləşən "Xan Çinar" kafesinin yaxınlığında inşa edilməkdə olan natamam tikilidə özünü kəndirlə asaraq intihar edib.

Fakt araşdırılır.