İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır

İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır

İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır.

“Report” xəbər verir ki, Qaret Sautqeytin yetirmələri 2005-ci ildən bəri ilk dəfə Nyukasldakı “Sent Ceyms Park”da oyun keçirəcək.

“Dumanlı Albion” təmsilçisi iyunun 3-də Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. İngilislər bu arenada sonuncu dəfə 2005-ci il martın 30-da Karlos Alberto Torresin rəhbərlik etdiyi Azərbaycan millisi ilə qarşılaşmışdılar. Stiven Cerrard və Devid Bekhemin qolları sayəsində meydan sahibləri 2:0 hesablı qələbə qazanmışdılar.

Qeyd edək ki, AVRO-2006-nın seçmə mərhələ oyunu zamanı İngiltərə yığmasının baş məşqçisi Sven Yoran Eriksson olub.