Borel Kiyevə səfər edib - YENİLƏNİB

Borel Kiyevə səfər edib - YENİLƏNİB

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizli Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel Kiyevə səfər edib.

Birxeber.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib.

"Cozep Borel Kiyevə gəldi" deyə o, "Telegram" kanalında yazıb.

***

05.02.2024

Saat 20:36

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizli Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel Kiyevə səfər edəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə Borel Varşavada Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında bildirib.

Bununla belə, Borel səfərin dəqiq tarixini açıqlamayıb.

Mətbuat konfransı zamanı Borel Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketi hazırlandığını bildirib.

Qeyd edib ki, bu paket bir çox fiziki şəxsləri, qurumları, eləcə də Rusiyanın sanksiyalardan yan keçməsində iştirak edən müxtəlif ölkələrdən olan şirkətləri əhatə edəcək.