Azərbaycanda 201 əcnəbi tələbə dövlət hesabına təhsil alır

Azərbaycanda 201 əcnəbi tələbə dövlət hesabına təhsil alır
Azərbaycanda 201 əcnəbi tələbə dövlət hesabına təhsil hüququ əldə edib.
birxeber.az bildirir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı hesabatında bildirilib.
Qeyd olunub ki, ölkə Prezidentinin sərəncamları ilə təsis edilən Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 67 ölkədən 125 əcnəbi təhsil almaqdadır.
Bundan başqa, cari tədris ilində Macarıstan, Qazaxıstan, Çin vətəndaşlarının qəbulu aparılıb. Hazırda 4 fərqli ölkədən 76 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil alır.
Ümumilikdə, 69 ölkədən 201 nəfər əcnəbi tələbə Azərbaycan ali təhsil müəssisələrində təhsil alır.


mənbə: Report