Bakıda qazanxanada partlayış olub, xəsarət alan var - FOTO - YENİLƏNİB

Bakıda qazanxanada partlayış olub, xəsarət alan var - FOTO - YENİLƏNİB

Yasamal rayonundakı qazanxanada baş verən partlayışda bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, həmin şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Partlayış səbəbindən qazanxanın ətrafındakı binaların pəncərə şüşələri qırılıb.

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

***

Saat 05:14

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

APA xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.