III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.

"Birxeber" xəbər verir ki, festival avqustun 13-20-də Bakı, Şəki və Lənkəran şəhərlərində eyni anda baş tutacaq.

Eyni zamanda festival çərçivəsində seçilən filmlər “Ən yaxşı uzun metrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə yarışacaqlar. Bundan başqa, əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, master-klassların, panel müzakirələrin, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyir. Müxtəlif ölkələrin kinematoqrafçılarının qonaq olacağı festival proqramının bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş olunacaq. Ötən illərdə olduğu kimi, bu il də müxtəlif ölkələrin film insanları festivalın qonağı olacaq.

Proqramın bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş etdiriləcək. Festivalın təşkilatçılıq işlərində isə xüsusən Bakı, Şəki və Lənkəran şəhərlərinin gəncləri əməkdaşlığa cəlb edilib. Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın "goEast" film festivalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Sevilfestin bu ilki qalib rejissoru "goEast" tərəfindən təşkil edilən "East-West Talent Lab"da iştirak haqqı qazanacaq.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı - müstəqil, regional sənədli film festivalıdır. Festival proqramı çərçivəsində nümayiş olunan filmlər gender məsələlərinə toxunulur. Bu ilki şüarı "Bizdən sizə kim düşə?" olan festivalın bu il üçün mövzusu isə qadınları sərhədləyən stereotiplərlə bağlıdır və fəaliyyətini stereotiplərin qırılmasına həsr edir. Belə ki, məqsəd Qadın Film Festivalı olaraq əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsi ilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlamaq və festival proqramı çərçivəsində planlanılan fəaliyyətin buna xidmət etməsidir.

Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. "Sevil" adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Fransada Azərbaycan musiqisi tədris olunacaq

Fransada Azərbaycan musiqisi tədris olunacaq

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
“Heydər Əliyev irsi” mövzusunda ümumrespublika konfransı keçirilib

“Heydər Əliyev irsi” mövzusunda ümumrespublika konfransı keçirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Anar Kərimov UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin konfransında iştirak edib

Anar Kərimov UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin konfransında iştirak edib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Nazirlik Sumqayıt Teatrında 8 aydır maaşların verilməməsi ilə bağlı məlumatlara aydınlıq gətirib

Nazirlik Sumqayıt Teatrında 8 aydır maaşların verilməməsi ilə bağlı məlumatlara aydınlıq gətirib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Opera studiyasında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib

Opera studiyasında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib -TƏRCÜMEYİ-HAL

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib -TƏRCÜMEYİ-HAL

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Dövlət Xidmətinin rəisi bir sıra abidələrə baxış keçirib

Dövlət Xidmətinin rəisi bir sıra abidələrə baxış keçirib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan “Müasir Bakı” videolayihəsi təqdim olunub

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan “Müasir Bakı” videolayihəsi təqdim olunub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Nazirlik: "Filarmoniyanın ərazisində əyləncə mərkəzinin fəaliyyəti dayandırılıb"

Nazirlik: "Filarmoniyanın ərazisində əyləncə mərkəzinin fəaliyyəti dayandırılıb"

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Bakıda tarixi binaya müdaxilə faktı aşkarlanıb

Bakıda tarixi binaya müdaxilə faktı aşkarlanıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Amerikalı jurnalistlər ağdamlı Adil Şükürovun hekayəsini ekranlaşdırıblar

Amerikalı jurnalistlər ağdamlı Adil Şükürovun hekayəsini ekranlaşdırıblar

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası başa çatıb - YENİLƏNİB-2

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası başa çatıb - YENİLƏNİB-2