Braziliyada denq epidemiyasına görə fövqəladə vəziyyət elan edilib

Braziliyada denq epidemiyasına görə fövqəladə vəziyyət elan edilib

Rio-de-Janeyroda məşhur karnavalın başlamasına bir neçə gün qalmış denq qızdırması epidemiyasına görə fövqəladə vəziyyət elan edilib.

APA xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paesin sərəncam imzalayıb.

“Şəhərdə qızdırma ilə mübarizə planı tətbiq edilib. O cümlədən xəstəliyin yayılması ilə mübarizə üçün operativ mərkəz yaradılıb. Denq xəstəliyinə yoluxmaqda şübhəli bilinən insanlar üçün 10 təcili qəbul mərkəzi açılacaq. Bələdiyyə xəstəxanaları xəstəliyə tutulmuş şəxslər üçün kvota ayıracaq”, - sənəddə bildirilir.

Epidemioloji vəziyyətin ən ağır olduğu ərazilərdə xəstəliyin əsas daşıyıcısı olan ağcaqanadlara qarşı xüsusi aerozolla müalicəyə başlanılır. Meriya bildirib ki, yağış sularının toplana biləcəyi, ağcaqanadların yayılmasına şərait yaradan tərk edilmiş və boş mülklərə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, denq qızdırması təhlükəli tropik xəstəlikdir.