Günay İbrahimlinin ailəsi ilə BODRUM İSTİRAHƏTİNDƏN GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Müğənni Günay İbrahimli istirahətə yollanıb.
Birxeber xəbər verir ki, sənətçi dincəlmək üçün qardaş ölkə Türkiyəni seçib. İbrahimli ailəsi ilə turistlərin ən çox üz tutduğu turizm mərkəzlərindən olan Bodruma yollanıb.
İfaçı bu haqda şəxsi instaqram hesabında bildirib. O, istirahətindən lentə alınan foto və videoları sosial şəbəkə istifadəçiləri ilə bölüşüb.
Görüntülərdə Günayla yanaşı atası, anası İlhamə, bacısı İlahə, qardaşı Nicat da yer alıblar.
Zöhrə PənahiBirxeber