Paytaxtda zəncirvari qəza olub - FOTO

Paytaxtda zəncirvari qəza olub - FOTO

Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az xəbər verir ki, qəza Badamdar şossesində qeydə alınıb.

"Opel" markalı minik avtomobili hərəkətsiz vəziyyətdə yolun kənarında dayanmış "Mercedes"ə, sonuncu isə digər nəqliyyat vasitəsinə çırpılıb.

Hadisədə avtomobillərə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.