Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində 61 yaşlı piyadanı maşın vurub.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Rafael Hümbət oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.